"Çelsi" Danimarka millisinin üzvü ilə yollarını ayırdı

19:34 - 10 İyun 2022

"Çelsi" müdafiəçi Andreas Kristensenin komandadan ayrıldığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Danimarka millisinin üzvü klubla müqaviləni uzatmaqdan imtina edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

2015-ci ildən millidə oynayan futbolçu 54 matçda meydanda olub.

 

26 yaşlı oyunçu 2013-cü ildən çıxış etdiyi London klubunda isə 160 oyunda iş başında olub. Kristensenin "Barselona"ya keçəcəyi gözlənilir.

Xəbər xətti