"Fiorentina"nı "İnter"ə dəyişir

20:16 - 10 İyun 2022

"İnter" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istəyir.

 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi "Fiorentina"nın futbolçusu Nikola Milenkoviçi heyətinə qatmaq istəyir. 

 

Serbiya millisinin üzvünün klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

 

2017-ci ildə "Partizan"dan Florensiya təmsilçisinə keçən 24 yaşlı müdafiəçi komandanın heyətində 172 oyunda meydana çıxıb. 

Xəbər xətti