Türkiyə millisinin üzvü İrana yollanacaq

19:47 - 16 Fevral 2025

Türkiyə millisinin üzvü Okay Yokuşlu yenidən legioner həyatı yaşaya bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İrana yollanmaq şansına sahibdir.

Belə ki, bu ölkənin iddialı klublarından olan “Persepolis” Yokuşlunu heyətinə qatmağı planlaşdırır. İran klubunun baş məşqçisi İsmayıl Kartal təcrübəli futbolçunu sərəncamında görmək istədiyini özünə bildirib.

Amma hələ ki tərəflər arasında razılıq əldə edilməyib. Okay “Altay”, “Kayserispor”, “Selta”(Viqo), “Vest Bromviç”, “Xetafe” klublarında oynayıb. Onun “Trabzonspor”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti