Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri səfərdə 3:0 hesabı ilə qalib gəlib.
Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub.
Qəsəbə klubu ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb. “Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.
saytlarin hazirlanmasi