“Neftçi”nin sabiq futbolçusu Andre Şinyaşiki özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın sıralarını tərk etdikdən sonra klubsuz qalmış braziliyalı Bolqarıstanda oynayacaq.
O, yüksək liqa təmsilçisi olan “Arda” ilə anlaşıb. 27 yaşlı hücumçu mövsümün sonuna qədər bolqarlara kömək edəcək.