Azərbaycan yığması İranı məğlub etdi

14:35 - 17 Fevral 2025

U-17 yığma komandamız bu gün UEFA İnkişaf Kubokunda ikinci matçına çıxıb.

Sportal.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb.

Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və 0:3 uduzmuşdu.

Xəbər xətti