Niderlandlı futbolçu "Barselona"da qalmaq istəyir

15:49 - 17 Fevral 2025

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunda qalmaq niyyətindədir.

Sportal.az “Mundo Deportivo” xəbər verir ki, niderlandlı futbolçu Hans-Diter Flikin rəhbərliyi altında işləməkdən məmnundur. 

O, klubla müqavilə müddətini yeniləməyə üstünlük verib. Halbuki daha əvvəl yarımmüdafiəçinin müqavilə müddəti başa çatdıqdan sonra klubu tərk edəcəyi bildirilirdi.

De Yonq bu mövsüm La Liqada 12 oyun keçirib, 2 qol vurub. 27 yaşlı futbolçunun “Barselona” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, “Villem II”, “Ayaks”da oynadıqdan sonra 2019-cu ildə “Barsa”ya keçmişdi.
 

Xəbər xətti