AFFA "Qəbələ"ni cərimələdi, "İmişli"yə xəbərdarlıq etdi

16:33 - 17 Fevral 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

I Liqa XIV tur

13 fevral 2025-ci il tarixində I Liqada XIV turun “İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qəbələ” komandası 100 manat cərimə edilsin (maddə 42.4);

13 fevral 2025-ci il tarixində I Liqada XIV turun “İmişli” – “Qəbələ” oyununun 58-ci dəqiqəsində “İmişli” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);

14 fevral 2025-ci il tarixində I Liqada XIV turun “Zaqatala” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 37).

Xəbər xətti