"Beşiktaş" kapitanı ilə yeni müqavilə imzaladı

19:53 - 17 Fevral 2025

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi kapitan Necip Uysalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına kimi"ağ-qaralar"a məxsus olacaq.

Qeyd edək ki, Necip Uysal "Beşiktaş"ın yetirməsidir. Təcrübəli oyunçu 2009-cu ildən əsas komandada çıxış edir. Türk futbolçu bu mövsüm"qara qartallar"ın heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti