Bu gün Misli Premyer Liqasının qalibinin adı bəlli olub.
Sportal.az xəbər verir ki, 32-ci turda "Sabah"la 1:1 oynayan "Qarabağ" çempionluğunu rəsmiləşdirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xalların sayını 77-yə çatdırıb və əlçatmaz olub.
Daha bir matç isə "Səbail" və "Araz-Naxçıvan" arasında keçirilib. Bu görüşdə bərabərlik qeydə alınıb.
"Səbail" - "Araz-Naxçıvan" 1:1
Qollar: Nikoliç 75 - Ülvi İsgəndərov 30
"ASCO Arena" stadionu, Bakı
Baş hakim:Rəşad Əhmədov.
"Sabah" - "Qarabağ" 1:1
Qollar: Letiç 73 - Cica 43(p)
"Bank Respublika Arena" stadionu, Masazır
Baş hakim:Tural Qurbanov.