FİFA Cavid İmamverdiyevə şok cəza verə bilər

13:39 - 23 Aprel 2015

Tranfser qadağası?

 

Xəbər verdiyimiz kimi, Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Elazığspor"da icarə əsasında çıxış edən Cavid İmamverdiyevin klubu icazəsiz tərk etməsi ona baha başa gələ bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun prezidenti Səlçuk Öztürk öz açıqlamasında İmamverdiyevin FİFA-ya şikayət edildiyi və ona pul cəzası ilə 1 illik transfer qadağası qoyulmasını istədiklərini vurğulayıb.

 

Qeyd edək ki, Cavid müqavilə ilə "Neftçi"yə məxsusdur.

Xəbər xətti