Ruslan Qurbanovun baş məşqçisi yenə dəyişdi

16:27 - 24 Aprel 2015

Bu dəfə Hari Vukas
 
Azərbaycan millisinin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubunda növbəti dəfə baş məşqçi dəyişikliyi olub.
 
Sportal.az xəbər verir ki, Split təmsilçisini bundan sonra Hari Vukas çalışdıracaq. O, 10 gün öncə baş məşqçi vəzifəsinə gətirilən Qoran Vuçeviçi əvəzləyib. Q.Vuçeviçin bu müddətdə çempionat və kubok oyunlarındakı uğursuz nəticələrindən narazı qalan rəhbərlik onu Vukasla əvəzləmək qərarına gəlib.
 
Qeyd edək ki, Xorvatiya kubokunun yarımfinalında mübarizəni dayandıran "Hayduk" çempionatda geridə qalan 29 turdan sonra 37 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 

Xəbər xətti