Portuqaliyalı namizədliyini geri götürdü
Mayın 29-da FİFA-da yeni prezident seçkiləri keçiriləcək.
Sportal.az xəbər verir ki, Beynəlxalq qurumunun prezident postu uğurunda 3 namizəd Yozef Blatter, Əli bin Əl-Hüseyn və Luiş Fiqo mübarizə aparırıdı.
Bir müddət əvvəl iddialı açıqlamaları ilə gündəmə gələn Fiqo seçkilərə bir həftə qalmış namizədliyini geri götürüb. Portuqaliya futbolunun əfsanələrindən biri sayılan Fiqonun prezidentlik iddiasından niyə geri çəkildiyi hələ açıqlanmır. Bununla da FİFA prezidentliyinə namizədlərin sayı 2-ə enib.
saytlarin hazirlanmasi