Korrupsiyada ittiham olunurlar
Bu gün səhər İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşı həbs olunub.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, FİFA prezidentliyinə keçiriləcək seçki ərəfəsində əməkdaşlar 100 milyon dollarlıq korrupsiyada ittiham olunurlar.Həbs edilənlər arasında FİFA prezidenti Yozef Blatterin olmadığı bildirilir.
Qeyd edək ki, həbs olunanlar arasında FİFA-nın İcraiyyə Komitəsinin üzvləri - Kayman adalarından olan Cefri Uebb, uruqvaylı Euxenio Fiqeredonun adları mediaya məlum olub. Həmçinin komitənin trinidad tobaqolu sabiq üzvü Cek Uorner də tutulanlar sırasındadır. Onlar Sürixinin “Baur au Lac” otelində həbs ediliblər. Adları çəkilən şəxslər FİFA-nın Konqresində iştirak etmək üçün bir neçə gündür Sürixdə imişlər. Həbs olunanların hamısı ABŞ-a ekstradisiya olunub
saytlarin hazirlanmasi