FİFA-nın sabiq rəsmisindən şok etiraf: "Mənimlə yanaşı, İK-in digər üzvləri də rüşvət alıb"

02:45 - 4 İyun 2015

“Teleyayımdan gələn gəlirlərin faizləri də  İK-in üzvləri arasında bölüşdürülürdü”  
 
FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çaka Bleyzerin rüşvət aldıqlarını etiraf etməsi yenidən beynəlxalq qurumda çaxnaşma yaradıb.
 
Sportal.az xəbər verir ki, 1997-2013-cü illərdə İK-in üzvü olan Bleyzer rüşvəti necə aldıqlarını şərh edib:
 
“2004-cü ildən İK-in üzvləri rüşvət almağa başladı. Dünya çempionatına ev sahiblik etmək istəyən ölkələrdən yaxşı pullar alındı. 2010-cu ildə CAR-ın mundiala ev sahibi olması elə-belə hadisə deyildi. Məhz pulun hesabına İK-in üzvləri dünya çempionatının CAR-da keçirilməsinə üstünlük verdi.
 
1996-2003-cü illərdə dünya çempionatlarının teleyayımdan gələn gəlirlərin faizləri də  İK-üzvləri arasında bölüşdürülürdü. Mənimlə yanaşı, İK-in digər üzvləri də rüşvət alıb. Sözsüz ki, araşdırımaa sonra  bu məsələlərin üstü gec və ya tez açılacaqdı. Ona görə də artıq mən heç nəyi gizlətmək istəmirəm”.                       

Xəbər xətti