Dünya çempionatı Rusiyada keçirilməyəcək?
Futbol aləmində baş verən qalmaqal səngimək bilmir. Əksinə daha da böyüyərək öz məcrasından çıxır. FİFA-nın sabiq vitse-prezidentinin etirafı isə bu sahədəki qalmaqal dalğasının artmasına səbəb olub.
Sportal.az xəbər verir ki, FİFA-nın icra komitəsinin sabiq üzvü Çak Bleyzer korrupsiya qalmaqalı ilə bağlı Birləşmiş Ştatlarda aparılan istintaq çərçivəsində federal məhkəmədə bir sıra sarsıdıcı etiraflar edib.
Keçmiş rəsminin sözlərinəgörə, o, və idarəheyətində yer alan digərləri rüşvət müqabilində 1998-ci və2010-cu ildə futbol üzrə dünya çempionatlarının ev sahibliyinin Fransa və Cənubi Afrika Respublikasına həvalə olunmasına səs verib.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının sabiq vitse-prezidenti Cek Uorner videomuraciətlə həyatına görə, narahat olduğunu deyib. Uorner söyləyib ki, əlində FİFA-nın maliyyə fəaliyyəti ilə bağlı sənədlər var vəbu sənədlərdən bəziləri Amerika Birləşmiş Ştatlarının apardığı istintaq üçün faydalı ola bilər:
Hadisələr dünya mediası tərəfdən birmənalı qarşılanmayıb. Bəziləri bunu üç ildən sonraya planlaşdırılan futbol üzrə dünya çempionatını Rusiyanın əlindən almaq istəyi kimi də qiymətləndirir.
saytlarin hazirlanmasi