ŞOK İDDİA "FİFA bizə susmağımız üçün 3,6 milyon funt ödədi"

14:52 - 5 İyun 2015

Anrinin əlinin qiyməti

 

Hazırda pis günlərini yaşayan FİFA-ya daha bir zərbə İrlandiyadan gəldi.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2010-cu il dünya çempionatının "pley-off" mərhələsi çərçivəsində keçirilən İrlandiya - Fransa (0:1) matçı ilə şok iddia irəli atılıb. Belə ki, həmin matçda hələ də unudulmayan Anrinin topu əllə saxlaması epizoduna görə FİFA-nın İrlandiyaya susması üçün 3,6 milyon avro ödədiyi ortaya çıxıb.

 

Qeyd edək ki, bu barədə məlumatı İrlandiya Futbol Federasiyası prezidenti Delaney Deleney verib.

 

Xəbər xətti