Roy Hocson: “Yaxşı olar ki, buna federasiya rəsmiləri cavab versin”
İngiltərə milli komandasının baş məşqçisi Roy Hocson FİFA-da baş verən qalmaqallara fikir bildirmək istəməyib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis ali qurumun rəhbəri Yozef Blatterin istefasına da münasibət bildirməyib.
Roy Hocson bildirib ki, beynəlxalq qurumda baş verənlərə İngiltərə Futbol Federasiyasının rəsmiləri müzakirə edə bilərlər:
“FİFA-da baş verənlərə rəy bildirmək istəmirəm. Bu məsələni müzakirə etməyə səlahiyyətim çatmır. Yaxşı olar ki, buna federasiya rəsmiləri cavab versin. Mənim işim milli komandanı oyuna hazırlamaqdı. Rüşvət alanları mən deyil, hüquq mühafizə orqanları araşdırmalıdır”.
saytlarin hazirlanmasi