Dieqo Maradona vitse-prezident olmaq arzusundadır
Argentina futbolunun əfsanəsi Dieqo Maradona FİFA-nın vitse-prezidenti olacağını iddia edib.
Sportal.az xəbər verir ki, tanınmış mütəxəssisin sözlərinə görə, Əli bin Əl Hüseyn FİFA prezidenti seçiləcəyi halda qurumun vitse-prezidenti olacaq.
Dieqo Maradona ali quruma qisas almağa deyil, sabiq rəhbərlərə necə işləmək lazım olduğunu göstərmək istəyir:
“Əgər Şəhzadə Əl Hüseyn seçkilərdə qalib gələrsə, FİFA-nın vitse-prezidenti olmaq şansım var. Bu vəzifəni mənə həvalə etsələr, öncə orada islahatlar aparacam. Lakin quruma qisas almağa deyil, bəzi şəxslərə necə işləmək lazım olduğunu göstərmək istəyirəm. Blatter hüquq orqanlarından çəkinib istefa vermək məcburiyyətində qaldı. O, yaxşı bilirdi ki, bunun sonu həbsxana olacaq. Ona görə də vaxtında vəzifəsindən getməyə qərar verdi”.
saytlarin hazirlanmasi