AC-2016-nın seçmə mərhələ oyuna hazırlaşan Danimarka və Çernoqoriya milliləri yoxlama görüşündə üz-üzə gəliblər.
Sportal.az xəbər verir ki, 17-ci dəqiqədə Yovetiçin qoluyla hesabda önə keçən qonaqlar fasiləyə üstün yollanıblar.
İkinci 45 dəqiqədə oyunda dönüş yaradan danimarkalılar rəqib qapısına iki dəfə yol tapa biliblər. Eriksen hesaba tarazlıq gətirbsə, matçın başa çatmasına 5 dəqiqə qalmış Fişer penaltini dəqiq yerinə yetirərək ev sahiblərinə qələbə qazandırıb.