FİFA məmuru İtaliyada yaxalandı

01:56 - 10 İyun 2015

Alexandro Bursakonu polis məntəqəsinə aparılıb
 
İnterpol xətti ilə beynəlxalq axtarışda olan FİFA məmuru Alexandro Bursakonu İtaliyada yaxalanıb.
 
Sportal.az xəbər verir ki, “Torneos” şirkətinin rəhbəri olan 50 yaşlı argentinalı sahibkar vəzifəsindən sui- istiadə etməkdə təqsirli bilinib.
 
Alexandro Bursakonu iki vəkili ilə birgə polis məntəqəsinə aparılıb. Onu müxtəlif ölkələrin futbol federasiyalarına 110 milyon dollar rüşvət verdiyi iddia edilir. 

Xəbər xətti