Seçkinin vaxtı açıqlanıb
FİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, seçki 2016-cl ilin dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək.
Səsvermədə FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.
Qeyd edək ki, məlum korrupsiya qalmaqalından sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter vəzifəsindən istifa verib. O, quruma yeni rəhbər seçilənə qədər vəzifəsini icarə edəcək.
Hələlik qarşıdakı seçkidə İordaniya şahzədəsi Əli bin Əl-Hüsseyn iştirak edəcəyini açıqlayıb. O, ötən ay baş tutan seçkidə Blatterin rəqibi olub.
saytlarin hazirlanmasi