Avropanın və dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib.
Sportal.az xəbər verir ki, maraqlı oyunlardan biri Almaniya və ABŞ milli komandaları arasında baş tutub.
12-ci dəqiqədə Götze dünya çempionlarını hesabdə önə keçirib. Lakin meydan sahibləri bu üstünlüyünü fasiləyə qədər qoruya bilməyiblər. 41-ci dəqiqədə Diskerud hesabı bərabərləşdirib. Hakimin final fitinə 3 dəqiqə qalmış Vuudun vurduğu qol ABŞ yığmasına qələbə qazandırıb.