Danilo zədələndi...
Braziliya millisinin müdafiəçisi Danilo Meksika ilə keçirilən yoldaşlıq matçında zədələndiyi üçün bu il keçiriləcək Amerika Kubokunu buraxmalı olacaq.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə olan təqdirdə sağ cinah müdafiəçisinə olan ehtiyacı qapamaq üçün "Barselona"nın futbolçusu Dani Alveş təcili milliyə çağırılıb.
Qeyd edək ki, iyunun 14-ü start götürəcək yarışda Braziliya Kolumbiya, Venesuela və Perunun yer aldığı C qrupunda mübarizə aparacaq.
saytlarin hazirlanmasi