Fabreqas komandasına qələbə qazandırdı
AÇ-2016-nın seçmə qrup oyunlarına hazırlaşan İspaniya yığması Kosta-Rika millisiylə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, mundialda fiaskoya uğrayan ispanlar son dünya çempionatının surprizi olan Kosta-Rikaya çətinliklə qalib gəlib.
Xüsusən də qarşılaşmanın birinci hissəsi maraqlı keçib. Vaneqas hesabı erkən kosta-rikalıların xeyrinə dəyişsə də, ispanların da cavabı özünü çox gözlətməyib. Əvvəl Alkaser hesabı bərabərləşdirib, ardından Fabreqas oyunda son nöqtəni qoyub.
11 iyun
Yoldaşlıq oyunu
İspaniya – Kosta-Rika 2:1
Qollar: Alkaser, 7, Fabreqas, 30 – Vaneqas, 5
saytlarin hazirlanmasi