"Suyu yalnız səhərlər verirdilər"
SSRİ dönəmində “Spartak”dakı çıxışlarıyla tanınan Sergey Bazulev öz xatirələrində maraqlı məqama toxunub. 1983-cü ildə SSRİ-də “33 ən yaxşı futbolçu”nun siyahısına düşən müdafiəçi 2 il sonra “Neftçi”də peyda olub.
Sportal.az xəbər verir ki, “Neftçi”də 26 oyun keçirən Bazulev həmin vaxtları belə dəyərləndirib:
“1985-ci ildə “Neftçi”yə gəldim. Dəhşət, oralar çox istiydi. 5-ci mərtəbədə ev vermişdilər, elə bil “parnoy” idi. Suyu yalnız səhərlər verirdilər. O vaxt “Neftçi”nin qapıçısı Çanov idi. Salava ilə ailəvi dostluq edirdik. Yeri gəlmişkən, Bakldan qayıdandan sonra onun həyat yoldaşı özünü pəncərədən atdı. Yaxşı qız idi. Onun soz sözləri “mən bu dünyanı anlamıram” olmuşdu.
saytlarin hazirlanmasi