Prosineçki: "Oyundan qabaq komandaya təzyiq var idi"

02:08 - 13 İyun 2015

"Mənim komandam əlindən gələni etdi"
 
"Komandamı yaxşı oyun münasibətilə təbrik edirəm. Bilirdik ki, bizi çətin oyun gözləyir. Norveç güclü komandadı".
 
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Norveç yığması ilə qarşılaşıb. Qolsuz bərabərliklə nəticələnən matçdan sonra Prosineçki mətbuat konfransı keçirib. Xorvatiyalı çalışdırıcı nəticədən və komandasının oyunundan razı qaldığını bildirib:
 
"Mənim komandam əlindən gələni etdi. Oyunun gedişində bəzən üstünlük bizim tərəfimizdə oldu. Rəqib uzun ötürmələrlə hündürboylu futbolçulardan istifadə etmək istəyirdik. Bu gün biz yaxşı oyun və mübarizə ilə 1 xal qazandıq. Məncə, ədalətli nəticə idi".
 
Prosineçki qeyd edib ki, yığmamız bu gün uduzmamağa borclu idi: "Bu gün Azərbaycanda vacib gündü. İlk Avropa Oyunlarının açılış mərasimi idi. Bilirdik ki, Azərbaycan tarixində böyük gündü. Açılışdan sonra bütün ölkə bizə baxacaqdı. Bu gün uduzmaq olmazdı. Buna görə də, oyundan qabaq komandaya təzyiq var idi".
 
- Əfran İsmayılovu öz mövqeyinə qaytarmağınız nə ilə bağlı idi? Bu, sırf Xorvatiya ilə oyuna hesablanmışdı, yoxsa sağ cinahda daha faydalı olduğunu düşündüyünüz üçün belə addım atdınız?
- Gələn oyunlarda hansı addımı atacağımı deyə bilmərəm. Növbəti rəqibimiz Xorvatiyadı. Qrupun, həmçinin hazırda Avropanın ən güclü komandalarından biridi. Gələcəkdə Əfranı hansı cinahda oynadacağımı deyə bilmərəm. Əfran bu gün oyunu yaxşı keçirdi.
 
- Cavid Hüseynov bugünkü matçda nisbətən arxada oynayırdı. Bu nə ilə bağlı idi?
- Mən sizinlə razı deyiləm. Cavid bu matçda Malta ilə oyunda çıxış etdiyi mövqedə oynadı.
 

- Hazırkı taktiki düzümdə daha çox nominal hücumçuya ümid bəsləyirdik. Bizim tək hücumlu oynadığı matçlarda komandamız zəif təsir bağışlayır. Bununla bağlı, axtarış aparacaqsızmı? Yoxsa sistemi dəyişdirmək fikrindəsiz?

- Ondan başlamaq istərdim ki, biz bu gün yaxşı oyun göstərdik. Unutmayaq ki, biz Norveçə qarşı səfərdə oynadıq. Mən bu komandanın bütün oyunlarını izləmişəm. Xüsusilə evində daha yaxşı oyun göstərir. Bəli, bizdə hücumçu problemi var. Amma bugünkü matçda Ruslan Qurbanov öz işinin öhdəsindən gəldi, komanda üçün vuruşur. Sözsüz ki, mən hücumçu axtarıram. Amma mən sehrbaz deyiləm.

 

- Martin Edeqor haqda fikirləriniz necədi? O, yüksək səviyyəli futbolçu ola bilərmi?

- Müasir futbolda ən istedadlı oyunçulardandı. Mən Norveçin İsveçlə yoldaşlıq görüşünə baxdım. Meydanda ən yaxşılardan idi. Bu gün 2 futbolçu ona qarşı oynayırdı. Buna görə də, İsveçlə matçdakı oyununu göstərə bilmədi.

Xəbər xətti