"Qızıl top"un sahibi FİFA-nı mafiya adlandırdı

19:10 - 13 İyun 2015

“Elə şəxslər var ki, FİFA və UEFA-da 20-30 ildir vəzifə tuturlar”
 
Bolqarıstan milli komandasının və “Barselona” klubunun sabiq üzvü Xristo Stoiçkov FİFA-nı dünyada ən güclü mafiya adlandırıb.
 
Sportal.az xəbər verir ki, 1994-cü il “Qızıl top” mükafatının sahibi olmuş bolqarıstanlı ulduz ali qurumda baş verən qalmaqallara belə münasibət bildirib:
 
“Hələ 1994-cü ildə demişdim ki, dünyada ən güclü mafiya FİFA-dır. Elə şəxslər var ki, FİFA və UEFA-da 20-30 ildir vəzifə tuturlar. İllər keçdikcə məşqçilər və futbolçular dəyişir, ancaq həmin şəxslər federasiyada qalırlar. İndi onlardan 7 nəfəri yaxalanıb, 137-si isə azadlıqda gəzir. Belə olan halda inanmıram ki, hüquq-mühafizə orqanları FİFA-dakı mafiyanın kökünü kəsə bilsin”.      

Xəbər xətti