Dunqa: “Qələbə tez yaddan çıxır, uğursuzluq isə daim yaddaşlarda qalır”
Amerika Kubokunda Peru millisiylə oyun ərəfəsində Braziliya yığmasının baş məşqçisi Dunqa maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis çoxları Braziliyaya azarkeşlik etsə də, komandanın məğlub olmasını gözlədyini deyib:
“Braziliya millsinin oyununu hamı bəyənir. Ancaq əksəriyyəti də, komandanın necə məğlub olacağını gözləyir. Bəzi komandalar Braziliyaya qalib gələndə sevinir. 1950-ci ildə Braziliyanın Uruqvay millisinə məğlubiyyətindən hələ də danışırlar.
Əlbəttə, qələbə qazanmaq yaxşıdır, ancaq həmişə də uğur əldə etmək olmur. Ona görə də qələbə tez yaddan çıxır, uğursuzluq isə daim yaddaşlarda qalır. Braziliya millisinin son dünya çempionatında Almaniyaya 7:1 hesabı ilə məğlubiyyət hələ uzun müddət xatirələrdən silinməyəycək”.
saytlarin hazirlanmasi