Braziliyalı ulduz Luiş Fiqunu dəstəklədi
Braziliya millisinin və Madrid “Real”ının sabiq üzvü Roberto Karlos FİFA-nın prezident postunda Luiş Fiqunu görmək istəyir.
Sportal.az xəbər verir ki, braziliaylı əfsanəvi futbolçu ali qurumda baş verən dəyişikliklərə münasibət bildirib:
“FİFA-ya yeni qan lazımdır. Ali quruma başçılıq edəcək şəxs federasiya dəyişikliklər etməyi bacarmalıdır. Luiş Fiqunu FİFA-nın prezidenti olaraq görürüm. İnanıram ki, onun gəlişiylə FİFA-da işlər qaydasına düşəcək”.
saytlarin hazirlanmasi