Ruslan Qurbanov "Hayduk"dan ayrıldı

12:12 - 15 İyun 2015

2 illik müqaviləni rədd etdi

 

6 ay əvvəl icarə əsasında “Hayduk” klubuna keçən millimizin və “Neftçi”nin hücumçusu Ruslan Qurbanovun Xorvatiya karyerası sona çatıb.

 

Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, “Hayduk” ona iki illik müqavilə təklif etsə də, Qurbanov razılıq verməyib və Azərbaycana qayıtmağa üstünlük verib.

 

Ruslan Qurbanovun Xorvatiya klubunda qalmaq istəməməsinə səbəb onun “Hayduk”da oynamaq şansı qazanmamasıyla əlaqədardır. Futbolçü özü də anlayır ki, oyun praktikası olmasa, bu gedişlə millidəki yerini də itirəcək. Ona görə də, “Neftçi”yə məxsus futbolçu karyerasını Azərbaycanda davam etdirmək niyyətindədir.

 

Qeyd edək ki, “Hayduk” bu mövsüm Xorvatiya çempionatında 3-cü yeri tutub. Ölkə çempionu isə “Dinamo” (Zaqreb) klubu olub.  

Xəbər xətti