Uruqvaylı əfsanə prezident olmaq istəyir

01:35 - 17 İyun 2015

Rekoba “Nasional”ın rəhbəri olacaq?   
 
Uruqvay futbolunun əfsanələrindən biri sayılan Alvaro Rekoba klub prezidenti olmaq istəyir.
 
Sportal.az xəbər verir ki, 39 yaşlı futbolçu vətənində çıxış etdiyi “Nasional” klubuna rəhbərlik etmək arzusundadır.
 
Karyerasını başa vurmağı planlaşdıran Alvaro Rekoba klubun rəhbəri olacağını deyib:
 
“Nasional”ın prezidenti olmaq istəyirəm. Karyeramı başa vurandan sonra fikrim klub rəhbəri olmaqdır. Bu istəyimin reallaşacağına yaxın günlərdə aydınlıq gələcək”.   

Xəbər xətti