İlk oyunda qələbə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində bu gün ilk sınağına çıxıb.
Sportal.az xəbər verir ki, millimiz səfərdə Farer adaları ilə qarşılaşıb.
Almaniya, Avstriya, Rusiya və Finlandiyanın da olduğu qrupda yer alan U-21 seçmə mərhələyə qələbə ilə başlayıb.
Səfərdən 3 xalla dönən millimizin bu nəticəsi həm də yubiley kimi qeyd olunub. Belə ki, bu vaxta qədər 10 dəfə seçmə mərhələdə iştirak edən komandamız 82 oyunda 9 qələbəyə imza atmışdı. Rəqib meydanında əldə olunan minimal hesablı qalibiyyət isə bu baxımdan yubiley - 10-cu qələbə olub.
Xatırladaq ki, bu Farer adaları ilə ilk görüşümüz deyildi.
Daha əvvəl AVRO-2009-un seçmə mərhələsində də Farer adaları ilə qarşılaşan millimiz səfərdə 0:1 hesabı ilə uduzmuşdu. Ev qarşılaşmasında da qələbə qazana bilməyən komandamız 2:2 hesablı heç-heçə etmişdi.
AVRO-2017-nin seçmə mərhələsi
VII qrup
17 iyun
Farer adaları – Azərbaycan - 0:1
Qol: Azər Salahlı, 81
Toftir. Toftir stadionu
Baş hakim: Rumer Tarayev (Estoniya)
saytlarin hazirlanmasi