PAOK xorvatiyalı məşqçiylə 3 illik müqavilə bağladı
Yunanıstanın PAOK klubunu yeni mövsüm İqor Tudor çalışdırcaq.
Sportal.az xəbər verir ki, 37 yaşlı xorvatiyalı mütəxəssis klub la 3 illik müqavilə bağlayıb.
Futbolçu karyerası ərzində İqor Tudor “Hayduk”, “Yuventus” və “Siena” klublarında çıxış edib.
Xorvatiya millisində 57 oyun keçirən müdafiəçi 1998-ci il dünya çempionatında bürünc medal qazanıb. 1998-2006-cı illərdə yığmaya çağrılan İqor Tudor hazırda millimizə başçılıq edən Robert Prosneçkinin komanda yoldaşı olub.
Qeyd edək ki, PAOK-a gəlməmişdən əvvəl, İqor Tudor vətənində “Hayduk” klubunu çalışdırıb.
saytlarin hazirlanmasi