Evanqelos Marinakis oyun alqı-satqısında ittiham olunur
“Olimpiakos” klubunun prezidenti Evanqelos Marinakisin adı danışılmış oyunlarda hallanıb.
Sportal.az xəbər verir ki, klub rəhbərinin bəzi oyunlarda danışıqlara gedərək alqı-satqı etməsi, Marinakisə baha başa gəlib.
Yunanstan prokurorluğu klub rəhbəri barəsində cinayət işi açıb. hüququ mühafizə orqanları araşdrıması nəticəsində klub rəhbərinin oyun alqı-satqısında bir qrup şəxslərlə danışıqlara getdiyi məlum olub. Marinakis 200 min avro ödəyərək zaminə buraxılıb. Bütün bunlara baxmayaraq, futboldan uzaqlaşdırılan klub prezidentinin həbs olunmaq ehtimalı da var. Məhz araşdrımalar başa çatandan sonra məhkəmə klub rəhbəri barəsində qərarını açıqlayacaq.
saytlarin hazirlanmasi