Ximenesin qolu da məğlubiyyətdən qaçmağa kömək etmədi   
	 
	Amerika Kubokunda 3-cü turun oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, A qrupunda mübarizə aparan Meksika və Ekvador yığma komandaları qarşılaşıb.
	 
	Milyer Bolonyasın vurduğu qolla fasiləyə üstün yollanan ekvadorlular ikinci hissəyə də fəal başlayıb.
	 
	57-ci dəqiqədə Valensiya hesab arasında fərqi artırıb. Meksikalıların cavabı özünü çox gözlətməs də,  Ximenesin vurduğu qol onlara kömək etməyib.                
	 
	 
	 
	Meksika – Ekvador  1:2
	Qollar: Raul Ximenes, 64-pen – Milyer Bolanyos, 27, Enner Valensiya, 57    
	 
	
	 
                      
saytlarin hazirlanmasi