Amerika Kuboku: İlk 1/4 finalçılar bəlli oldu

13:49 - 20 İyun 2015

A qrupunda son matçlar

 

Amerika Kubokunda növbəti görüşlər keçirilib.

 

Sportal.az xəbər verir ki, A qrupunun son turunda ilk olaraq Meksika və Ekvador milliləri üz-üzə gəlib. Görüş Meksikanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Növbəti qarşılaşmada isə meydan sahibi Çili Boliviyanı qəbul edib. Görüş ev sahibi komandanın 5:0 qələbəsi ilə başa çatıb.

 

Beləliklə də A qrupundan Çili 7 xalla qrup lideri kimi, Boliviya isə 4 xalla qrup ikincisi kimi adını ¼ final mərhələsinə yazdırıb.

 

A qrupu

20 iyun

 

Meksika – Ekvador 1:2 
QO
L: Ximenes, 64, (pen) – Balanyos, 26, E.Valensiya, 57


Çili – Boliviya 5:0
QOL: 
C.Aranquiz, 3, 66, A. Sançes, 37, G.Medel, 77, R.Raldes, 86, (ö.q)

Xəbər xətti