Barrios komandasını məğlubiyyətdən qurtardı
Amerika Kubokunda 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, B qrupunda mübarizə aparan Uruqvay və Paraqvay yığma komandaları üz-üzə gəlib.
29-cu dəqiqədə Xose Mariya Ximenes uruqvaylıları hesabda önə keçirib. Lakin fasiləyə qədər paraqvaylılar Barriosla bərabərlik qolunu vurub. Ikinci hissədə tərəflər fəallıq göstərsələr də, azarkeşlər qol görməyiblər.
Uruqvay – Paraqvay 1:1
Qollar: Xose Mariya Ximenes, 29 – Barrios, 44
saytlarin hazirlanmasi