Maradona da prezident seçkilərinə qatılacaq

01:35 - 23 İyun 2015

Argentinalı əfsanə FİFA-nın rəhbəri olmaq istəyir
 
Argentina futbolunun əfsanəsi Dieqo Maradona da FİFA prezidenti olmaq istəyir.
 
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis prezident seçkilərində namizədliyini irəli sürüb.
 
Bununla da FİFA prezidentliyinə namizədlərin sayı altıya çatıb. Dieqo Maradona prezident postuna yiyələnmək uğurunda seçkilərdə sabiq fransalı futbolçu David Jinola, İordaniya Şəhzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın keçmiş vitse-prezidenti Çon Mondjun, braziliyalı mütəxəssis Artur Ziko və Liberiya Futbol Federasiyasının rəhbəri Musa Bilitiylə mübarizə aparacaq.
 
Qeyd edək ki, Yozef Blatterin istefasından sonra FİFA-da növbəti prezident seçkiləri 2016-cı ilin fevral ayına qədər keçirilməlidir.     

Xəbər xətti