Hər iki komanda mübarizəni dayandırdı
	 
	21 yaşlılar arasında Avropa çempionatının final mərhələsində qruplarda 3-cü turun oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, B qrupunda İngiltərə və İtaliya yığma komandaları qarşılaşıb.
	 
	Bu görüşdə italiyalılar rəqibinə 3:1 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə vəsiqə qazana bilməyib. Belə ki, italiyalılar qrupda 3-cü yeri, ingilislər isə sonuncu pillədə başa vurub.
	 
	Qeyd edək ki, B qrupunda Portuqaliya və İsveç milliləri çempionluq uğurunda mübarizəni davam etdirir.      
	 
	 
	İngiltərə - İtaliya  1:3
	Qollar: Redmond, 90+3 – Belotti, 25, Benossi, 27, 72.
	 
	
	 
                      
saytlarin hazirlanmasi