İslanın möhtəşəm qolu ilə...
Çilidə keçirilən Amerika kuboku davam edir.
Sportal.az xəbər verir ki, artıq turnirdə 1/4 final mərhələsinin oyunlarına start verilib. İlk qarşılaşmada meydan sahibləri - Çili Uruqvayla münasibətlərə aydınlıq gətirib. Oyun 1:0 hesabı ilə Çilinin xeyrinə başa çatıb. Yeganə qolu qarşılaşmanın 81-ci dəqiqəsində Maurisio İsla vurub.
Yarımfinalda Çilinin rəqibi bu gün keçiriləcək Boliviya-Peru görüşünün qalibi olacaq.