Amil Ağacanov: "9 oyun cəza alanda, mənə yaxın duran olmadı"

13:21 - 3 Dekabr 2015

"Hər iki qolda mənim də günahım var idi"

 

Ölkə kubokunun 1/8 final mərhələsində doğma meydanda "Zirə"ni qəbul edən AZAL 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 

 

Uzun zamandır yaşıl meydanlardan uzaq qalan AZAL-ın qolkiperi Amil Ağacanov Sportal.az-a oyun barədə fikirlərini bildirib:

 

"Mən "Simurq"un heyətində 9 oyunluq cəza alanda, mənə yaxın duran olmadı. Yalnız, doğma klubum olan AZAL mənə sahib çıxdı. Həm baş məşqçimiz Tərlan Əhmədov və vitse-prezidentimiz Fikrət Hüseynov mənə güvəndilər və cəzama baxmayaraq, mənimlə müqavilə bağıladılar. Buna görə, hamısına minnətdaram. Oyuna gəlincə isə, 6-7 aydır ki, əsas komandada rəsmi oyuna çıxmıram. 2-3 dəfə əvəzedici komandada oynadım ki, formaya düşüm. "Zirə" ilə oyun pis alınmadı. Lakin buraxılan hər iki qolda mənim də səhvim var idi. Çalışacam ki, bundan sonra özümü yaxşı tərəfdən göstərim".

Xəbər xətti