Sportal.az-ın xəbərini Nikolov təsdiqlədi: "UEFA bizə vaxt verdi"

16:16 - 4 Dekabr 2015

"UEFA bizə heç bir cəza tətbiq etməyəcək"
 
Bir müddət əvvəl "İnter"ə FİFA tərəfində cəzalandırılacağı və I Dİviziona yollanacağı barədə özəl məlumat vermişdik. (http://sportal.az/?goal=news&id=65626)
 
Sportal.az xəbər verir ki, bu məsələyə Georgi Nikolov apasport.az saytına açıqlamasında aydınlıq gətirib:
 
Nikolov UEFA-nın klubların maliyyə hesabatlarını və maliyyə "Fair Play"i qaydalarına uyğunluğunu yoxlamağa başlamasına da münasibət bildirib. O, məsələyə aydınlıq gətirərək, Avropanın futbol qurumunun “İnter”i cəzalandırmadığını vurğulayıb: “Bu haqda çox yanlış məlumat yazdılar. Məsələyə özüm aydınlıq gətirsəm, yaxşı olar. Deməli, UEFA maliyyə “Fair Play”i ilə bağlı monitorinq keçirdi. Monitorinqlər başa çatdıqdan sonra Arbitraj Məhkəməsi bizə 2016-cı il, yanvarın 31-dək həmin problemi həll etmək üçün vaxt verdi. Yazırlar ki, guya UEFA “İnter”i cəzalandırıb, halbuki elə şey olmayıb. Sadəcə, həmin müddətə kimi məsələni həll etməyi tapşırıblar. Hazırda klub bu işlə məşğuldu. Sponsorların da köməkliyi ilə yanvarın 31-nə kimi bütün maliyyə hesabatlarını, bu məsələni yoluna qoyacağımıza inanırıq. Bunu bacarsaq, UEFA bizə heç bir cəza tətbiq etməyəcək”.

Xəbər xətti