Qışa qədər oynaya bilməyəcək
Bir neçə gün əvvəl hücumçu Məhəmməd Alıyevin "Rəvan"la qarşılıqlı olaraq müqaviləyə xitam verərək komandadan ayrılması barədə məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Alıyev sabiq komandası "Neftçala"ya qayıdıb və rəsmən müqavilə imzalayıb. Hücumçu artıq "Neftçala" ilə məşqlərə də başlayıb.
Lakin "Rəvan"la müqaviləsini mövsümün gedişatında pozduğu üçün qış transfer pəncərəsinə qədər I Divizion təmsilçisinə kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi