"Məncə, oyun ərzində 2 penaltimiz verilmədi"
Premyer Liqanın XV turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi səfərdə “Xəzər Lənkəran”ı 1-0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bunları qeyd edib:
“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar”.
saytlarin hazirlanmasi