Armenteros: "Fikrimcə, hazırda komanda daxilində gərginlik var" MÜSAHİBƏ

00:15 - 7 Dekabr 2015

" Hər ikimiz başqa futbolçularıq"
 
"Qarabağ"ın hücumçusu Samuel Armenterosun "İnter"lə matçdan sonra Sportal.az-a müsahibəsi:
 
- "İnter"i məğlub etdiniz...
- Bizim  üçün önəmli olan 3 xal qazanmaq idi. Yaxşı formada çempionata davam edirik. Qalib gəldiyimiz üçün şadıq. 
 
- Qarşıdan “Anderlext”lə oyun gəlir. Bu barədə nə deyə bilərsən?
- “Qarabağ”dan əvvəl çıxış etdiyim komandadan (“Villem II”) tanıdığım çoxlu dostlarım var. Onlar gəlib bizə dəstək olacaq. Həmişə “Anderlext”ə qarşı oynamaq istəmişəm, indi də həmin həvəsdəyəm.
 
- Bu matça xüsusi motivasiya olacaqsan?
-Təbii ki, xüsusi motivasiyam olacaq. Amma peşəkar futbolçu kimi oyuna hazırlaşmalıyam. Qarşılaşmanın əhəmiyyətini bilirəm. 
 
- Artıq bu rəqibə qarşı 1 dəfə oynamısınız. “Anderlext”in zəif və güclü tərəfini bilirsinizmi?
- Məlumat almaq üçün soruşa biləcəyimiz insanlar var. Amma onlar da futbolçudular, mənə nə deyə biləcəklərini anlamıram.
 
- “Qarabağ” klubundan kimsə “Anderlext”in oyunu barədə sizdən nəsə soruşub?
- Məşqçilər heyəti rəqibi yetərincə araşdıra bilir. Məndən nə isə soruşmalarına ehtiyac yoxdu. 
 
- Necə düşünürsən, Reynaldonu layiqincə əvəz edə biləcəksənmi?
- Hər ikimiz başqa futbolçularıq. Mən Armenterosam, əlimdən gələni edəcəm.
 
- Vaxtikən “Anderlext”də çıxış etmisən. Oradakı atmosfer necədi? 
- Hazırda onlar ölkə çempionatında 1-ci yerdə deyillər. Fikrimcə, hazırda komanda daxilində gərginlik var.

Xəbər xətti