Samir Abbasovdan cəza

22:28 - 7 Dekabr 2015

Komandanın qolkiperi cəzalandı
 
Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt" - "Kəpəz" oyunu 2 - 2 hesabı ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov komandanın qapıçısı Tərlan Əhmədlini cəzalandıracağını bildirib. Gənc mütəxəssis bunun səbəbini belə izah edib:
 
"Tərlan oyun zamanı vaxtı uzadırdı. Bir neçə dəfə oyunun gedişatında bildirdim ki, olmaz. Futbolçularıma hər zaman tapşırıram ki, belə oynamaq olmaz. Belə şeylər bizim komandaya yaraşmır. Artıq onu cəzalandırmışam".

Xəbər xətti