"Sumqayıt" - "Kəpəz" matçının hakimi: "Azarkeşlərə bu jesti etməklə, "kifayətdi" demək istədim"

01:00 - 8 Dekabr 2015

"Bu qədər söyüş söyməyin yeri yoxdu"
 
Dünən Sumqayıtda keçirilən "Sumqayıt" - "Kəpəz" (2:2) matçında yan xətt hakimi ilə azarkeşlər arasında xoşagəlməz olay yaşanıb.
 
Sportal.az xəbər verir ki, son saniyədə penaltidən qapısından qol buraxaraq qələbəni əldən verən "Sumqayıt" azarkeşləri hakimlərə çox sərt şəkildə etiraz bildiriblər. Belə ki, oyunun yan xətt hakimi olan Coşqun Həsənov baş barmağını boğazına apararaq “kifayətdi” jestini edib.
 
Qarşılaşma başa çatandan sonra Coşqun Həsənovdan bu epizodla bağlı fikirlərini öyrəndik:
 
“Bəli etmişəm. Mənə alışqan atdılar, əlimə dəydi, mən də belə reaksiya verdim. Tamaşaçının mənə yad əşya atmağa ixtiyarı yoxdu. 90 dəqiqə hakimləri söydülər. Mən də bu jesti etməklə, “kifayətdi” demək istədim. Bu qədər söyüş söyməyin yeri yoxdu. Oyunda “Sumqayıt”a qarşı qərəzli epizodumuz da olmadı”.

Xəbər xətti