"Qarabağ" bizdən beş baş üstün oynamadı"
Azərbaycan Premyer Liqasının 15-ci turunun "Qarabağ" - "İnter" (1 - 0) matçından sonra "İnter"in futbolçusu Nizami Hacıyev matç haqda fikirlərini sportal.az-a bölüşüb:
“Yaxşı oyun oynadıq. “Qarabağ”ın 100 faizlik qol epizodu olmadı. Düzdü, müəyyən epizodda topa çox nəzarət etdilər. Amma bizim də şanslarımız oldu. Fikrimcə, heç-heçə ədalətli nəticə olardı. Mənim üçün şəxsən bu oyunda ədalətli nəticə heç-heçə idi. “Qarabağ” bizdən beş baş üstün oynamadı. "Qarabağ”ın hər bir mövqeyində 2-3 güclü futbolçu çıxış edirsə, bizdə heyətlə bağlı problemlər var. Ümumiyyətlə problemlərimiz çoxdu. Bunu aradan qaldırmaq üçün bizə kömək lazımdı"
Nizami Hacıyev hakimin penalti təyin etməməsinə etdiyi etirazına görə də fikrini bildirib:
"Makism Medvedevlə söhbət etdim. Mənə dedi ki, həmin epizodda top ayağma dəyib sonra əlimə dəydi. Oyunun gedişatında penalti istəsəm də, daha sonra başa düşdüm ki, hakim düzgün qərar verib"
Təcrübəli futbolçu "Qarabağ"a "Anderlext"lə matçda uğurlar arzulayıb:
"Yenə də rəqibimizi təbrik edirəm. “Anderlext”lə oyunda ölkəmizi təmsil edən klub kimi “Qarabağ”a uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi