Kənar əşyalar atıldığı üçün...
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqa klubları da cəzalanıb:
Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt” – "Kəpəz" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunur.Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının XV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 90+2-ci dəqiqəsində “Zirə” klubunun 51 №-li futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.